İraqın Kürdüstan bölgəsində peşmərgələrlə İŞİD arasında kəskin qarşıdurma baş verib.
Teleqraf.com-un məlumatına görə, Mosul anbarı yaxınlığında yaranan qarşıdurmada İŞİD əmiri Abdulbari Hakavi və bir çox terrorçu öldürülüb.
Peşmərgə ordusunun səlahiyyətli nümayəndəsinin verdiyi məlumatda Hakavi ilə birgə İŞİD-in digər yüksək rütbəli şəxslərindən ikisinin öldürüldüyü bildirilib. Öldürülən şəxslərdən biri xalq arasında baş kəsməklə məşhur idi.