Filippin Prezidenti Rodriqo Duterte qadınlarla bağlı daha bir açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Duterte vəzifəsini gələn il Davao bələdiyyə başçısı olan qızına verəcəyi iddialarına qarşı çıxıb:
“Yaşadığım çətinliklərlə qızımın qarşılaşmasını istəmirəm. Kişilərlə qadınlar arasında duyğusal fərqlər var. Prezidentlik qadına uyğun peşə deyil. İnsan bir müddət sonra axmağa dönür”.
Qeyd edək ki, Filippində 1986-1992-ci illərdə Corazon Aquino, 2001-2010-cu illərdə Gloria Macapaqal Arroyo adlı iki qadın prezident olub.