23 Oktyabr 2014 10:40
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şimalında fəaliyyət göstərən kürd siyasi partiyalarının işbirliyini nəzərdə tutan “Duhok Müqaviləsi” imzalanıb.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyinin başçısı Məsud Bərzaninin bir araya gətirdiyi Suriya Kürd Milli Şurası və Demokratik Cəmiyyət Hərəkatı siyasi partiyaları 10 gün davam edən görüşlərin ardından razılığa gəliblər.

Suriyanın Duhok şəhərində imzalanan sazişı görə, bu ittifaq kürdlərin nəzarətində olan mövqeləri gücləndirəcək və terrorla mübarizə üçün səylərin artırılmasına yardım edəcək.

Yayılan məlumatlarda tərəflərin demokratik özünüidarəyə dair məsələlərdə də razılığa gəldiyi qeyd edilir.

İraq Kürd Regional Rəhbərliyinin Suriya nümayəndəsi Hamit Dərbəndi verdiyi açıqlamada tərəflərin bölgəni müdafiəsi üçün birgə addım atacaqlarını deyib: “Hər iki tərəf bölgəni müdafiə edəcək və bunu bir vəzifə kimi yerinə yetirəcək. Xalqın müdafiəsi üçün bütün imkanlar səfərbər ediləcək”.

Bərzani isə bu ittifaqı tarixi bir addım kimi qiymətləndirib. O bildirib ki, bu müqavilə Suriyada kürdlərin yaşadığı Rojava bölgəsində sabitliyin bərpası üçün mühüm irəliləyişdir: “Bu addım Rojavadakı kürd xalqının qələbələrinin başlanğıcıdır. Siyasi partiyaları bu tarixi addım münasibətilə təbrik edirəm. Razılaşdırılmış maddələrin qısa müddətdə həyata keçirilməsini arzu edirəm”.

Samir


Müəllif:

Oxşar xəbərlər