17 Yanvar 2021 17:41
4 612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Xarici İşlər Naziri Mahmud Qureyşi ingilis millət vəkillərinin Hindistan tərəfindən işğal edilmiş Cammu və Kəşmirlə bağlı son açıqlamalarına cavabında Kəşmirin Hindistanın daxili işi olmadığını, beynəlxalq müzakirə mövzusu olduğunu söyləyib.

Teleqraf.com xəbər verir ki, Qureyşi ingilis parlamentarilərin Cammu və Kəşmirlə əlaqədar açıqlamalarına diqqət çəkib və bunun Hindistanın əsl üzünü açdığını bildirib.

Ölkənin baş diplomatı Cammu və Kəşmirdəki vəziyyətin çox pis olduğunu və minlərlə insanın qanunsuz olaraq həbsxanada saxlanıldığını deyib:

“Hindistanın işğalı altında olan Cammu və Kəşmirlə əlaqədar ingilis millət vəkillərinin son açıqlamaları, Kəşmirin daxili məsələ yox, beynəlxalq müzakirə mövzusu olduğunu aydınlaşdırdı”.

Bundan əvvəl İngiltərə parlamentininin millət vəkili Sara Oven Cammu və Kəşmirdəki insan haqları pozuntularına diqqət çəkib. O, İngiltərə hökuməti baş verənlərə görə, Hindistanı qınamağa çağırıb.

O, bölgədəki insanların hüquqları qorunana qədər mübarizəsini davam etdirəcəyini bildirib.

Sara Oven Kəşmir məsələsində verdikləri dəstəyə görə leyborist millət vəkilləri - Naz Şah, Con Spellar və Stepen Kinnoka təşəkkür edib.


Müəllif: Mənsur Rəğbətoğlu