Nigeriyanın şimal-şərqindəki Adamava ştatında 60-ə yaxın qadın “Boko Haram” militanları tərəfindən qaçırılıb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatlarda Qvozadan gələn təşkilat üzvlərinin Vaga Mangorodan 40, Gartadan da 20 qadını qaçırdığı qeyd olunur.
Nigeriya ordusu isə mövzuyla əlaqədar açıqlama verməyib.
Qeyd edək ki, ötən həftə hökumət ilə Boko Haram təşkilatının nümayəndələri arasında keçirilən görüşdə qaçırılan 200-dən çox qız tələbənin təhlükəsiz şəkildə geri qayıtması, həmçinin ölkənin şimal-şərqində sülh və sabitliyin yaranması üçün atəşkəs haqqında razılaşmanın əldə olunduğu ilə bağlı məlumatlar yayılıb.
Samir