26 yanvar tarixindən etibarən, koronavirus pandemiyası ilə əlaqədar olaraq Şengen ölkələri, Böyük Britaniya, İrlandiya və Braziliyadan ABŞ-a girişə qoyulan məhdudiyyətlər ləğv edilir. Bununla bağlı ABŞ-ın hazırkı prezidenti Donald Tramp fərman imzalayıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ağ Evinin mətbuat xidməti xəbər verib.
Əvvəlki tədbirlər ABŞ-a daxil olan bütün əcnəbilərə koronavirus testinin neqativ nəticəsinin verilməsinə dair qaydalar qüvvəyə mindikdən sonra qüvvədən düşəcək:
Sənəddə bildirilib ki, ölkəyə girişin dayandırılması barədə icra fərmanları 26 yanvar yerli vaxtla saat 12:01-dən etibarən qüvvədən düşəcək.