19 Yanvar 2021 15:38
2 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Təhlükəsizlik Xidməti separatçı “Luqansk Xalq Respublikasının” liderini axtarışa verib.

Teleqraf.com xəbər verir ki, təhlükəsizlik xidməti 2014-cü ildə Luqanskda Ukrayna Təhlükəsizlik Xidmətinin binasının ələ keçirilməsi əməliyyatında aktiv rol alan “LDR” silahlı qrupunun liderini ələ keçirmək üçün addımlara başlayıb.

Ukrayna kəşfiyyatı müəyyən edib ki, bu şəxs 2014-cü ildə qanunsuz silahlı birləşməyə qoşulub. O, Ukrayna dövlət strukturlarının ələ keçirilməsi ilə paralel olaraq, qanunu dövlətin hüquq-mühafizə orqanlarına qarşı dirəniş göstərmək təlimatını da verib.

Son xəbərlərə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin axtarışa verdiyi bu şəxs hazıda Luqanskda gizlənir.


Müəllif: Cavad

Oxşar xəbərlər