ABŞ Rusiyaya Strateji Silahların Azaldılması Müqaviləsinin (START, START-3) beş il uzadılmasını təklif etməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin sözçüsü Jen Psaki deyib.
“ABŞ-ın müqaviləni beş il uzatmağa çalışmaq niyyətində olduğunu təsdiqləyə bilərəm. Bu ehtimal razılaşma ilə təmin edilir”, - Psaki qeyd edib.
Pentaqon ABŞ-ın yeni rəhbərliyinin bu təşəbbüsünü müsbət qiymətləndirib.
Bundan əvvəl “Vaşinqton Post” ABŞ Prezidenti Co Baydenin START-3-ü müəyyən bir müddətə uzatmaq istəyi barədə yazmışdı.
START müqaviləsinin müddəti bu il bitəcək. Sənəd Rusiya və ABŞ tərəfindən 2010-cu ildə imzalanıb. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Rusiya üçün bir neçə şərt irəli sürərək, bunlar yerinə yetirilməyəcəyi halda müddətin uzadılmayacağını demişdi.