Rusiya Baş nazirinin keçmiş müavini, hökumət aparatının keçmiş rəhbəri Sergey Prixodko vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Kommersant” qəzeti ailəyə yaxın iki mənbəyə istinadla məlumat yayıb.
“Rusiya Baş nazirinin keçmiş müavini, hökumət aparatının keçmiş rəhbəri Sergey Prixodko uzun sürən xəstəlikdən sonra 64 yaşında vəfat etdi... Ölümün səbəbi barədə hələlik məlumat verilməyib”, – deyə qəzetin Tvitter hesabında yazılıb.