27 Yanvar 2021 22:38
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədən Rusiyaya gedən Panama bayraqlı "Petra Star" adlı yük gəmisi mühərrik bölümündə yaranan nasazlıq səbəbindən İstanbulun Beykoz sahilində saya oturub.

Teleqraf.com xəbər verir ki, gəmi İstanbuldan Rusiyanın Qafqaz limanına doğru hərəkət edirmiş. Panama bayrağı altında üzən gəminin uzunluğu 190 metrdir.

Kapitanın yaranan nasazlıqla bağlı məlumatından sonra gəminin yerləşdiyi əraziyə Türkiyənin Sahil Mühafizə Baş İdarəsinə məxsus 19 xilasedici gəmi cəlb olunub.

Xilasetmə işləri davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər