Rusiya Prezidenti Vladimir Putin Yunanıstan inqilabının 200 illiyi şərəfinə martın 25-də hərbi paradın təşkil ediləcəyi Afinaya getməyi planlaşdırmır.
Teleqraf.com xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr”, - Peskov Putinin martın 25-də Afinaya səfər esib-etməyəcəyi ilə bağlı suala cavabında bildirib.
Yunanıstan müdafiə naziri Nikos Panayotopoulos Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniya Şahzadəsi Çarlzı - ölkəsinin azad edilməsində əməyi olan üç ölkənin liderləri və nümayəndələrini hərbi parada dəvət etmişdi.
Fransa liderinin parada qatılacağı açıqlanıb.