2 Fevral 2021 22:56
2 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Entoni Blinken İranın beynəlxalq saziş əsasında üzərinə götürdüyü öhdəlikləri pozaraq, nüvə silahı əldə etməsinə yaxın olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi təqdirdə, ABŞ 2015-ci ildə imzalanmış müqaviləyə qayıda bilər.

“Bundan əvvəl İranın lazımi materialları istehsal etməklə nüvə silahı əldə etməsi üçün cəmi bir neçə ay kifayət edirdi. Lakin son həftələrdə Tehran sazişlə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmaqla məşğuldur, artıq demək olar ki, hazırda onun nüvə silahı istehsal etməsinə bir neçə ay yox, cəmi bir neçə həftə qalır. Beləliklə, ABŞ-ın yenidən sazişə qayıtmaq imkanı qalmayıb”, - Blinken qeyd edib.

Dövlət katibi qeyd edib ki, bütün bunlara baxmayaraq, ABŞ nüvə razılaşmasına qayıtmaq istəyir: “Amma bir şərtlə ki, İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər