Pentaqon İranla müşahidə olunan gərginlik səbəbindən 9 aydır Yaxın Şərqdə saxladığı ABŞ Donanmasının USS Nimitz təyyarədaşıyan gəmisini bölgədən çəkib.
Teleqraf.com xəbər verir ki, Pentaqonun sözçüsü John Kibry İranla müşahidə olunan gərgin münasibətlərə görə, Yaxın Şərqdə saxlanılan təyyarəni Hind-Sakit okean əməliyyat bölgəsinə apardığını qeyd edib.
Beləcə aydın olub ki, USS Nimitz gəmisi Pentaqonun Mərkəzi Qüvvələr Komandanlığı (CENTCON) bölgəsindən Hind-Sakit okean əməliyyat bölgəsinə aparılıb.
Pentaqon sözçüsü əlavə edib ki, Nimitz gəmisinin yerinə başqa bir hərbi gəminin bölgəyə göndərilməsi planlaşdırılmır.
Gəminin Yaxın Şərqdən geri çəkilməsinin hər hansı bir strateji səbəbinin olunmadığını qeyd edən John Kibry USS Nimitz gəmisinin yaxın dövrdə ABŞ-a qayıdacağını deyib.
Qeyd edək ki, İranla gərgin münasibətlər konteksində USS Nimitz əyyarə daşıyan gəmi personalları və onu müşahidə edən sualtı qayıqlarla birlikdə 9 aya yaxındır ki, Yaxın Şərq bölgəsində yerləşdirilmişdi.
İndi gəminin Yaxın Şərqdən ayrılması və yerinə başqa gəminin göndərilməməsi əslində C Bayden administrasiyasının İranla gərgin münasibətləri azaltmaq üçün cəhd kimi qiymətləndirilir.