3 Fevral 2021 18:35
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiya tərəfindən maliyyələşdirildiyi səbəbi ilə ölkədəki 9 televiziya kanalının fəaliyyətini dayandırmağa qərar verib.

Teleqraf.com xəbər verir ki, müvafiq qərardan sonra Taras Kozaka məxsus 9 televiziya kanalı 5 il fəaliyyətlərini davam etdirə bilməyəcək.

Ukrayna Prezidenti Vladimir Zelenski Tvitterdəki paylaşımında ölkəsinin mətbuat azadlığını dəstəklədiyini, lakin Ukraynaya təcavüz edən ölkənin maliyyələşdirdiyi təbliğatı dəstəkləmədiyini bildirib.
Zelenskinin sözçüsü Yuliya Mendel kanalların Rusiya tərəfindən maliyyələşdirildiyinin təsdiqləndiyini və kanalların Ukraynaya qarşı müharibədə bir vasitə olaraq istifadə olunduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər