4 Fevral 2021 13:57
1 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Prezidenti Sergio Mattarella hökumət qurma səlahiyyətini Avropa Mərkəzi Bankının (AMB) keçmiş rəhbəri Mario Dragiyə verib.

Teleqraf.com xəbər verir ki, yanvarın 13-də ölkədəki dörd partiyadan ibarət koalisiyanın dağılması ilə başlayan hökumət böhranını parlamentdə təmsil olunan siyasi partiyalarla həll etmək cəhdləri nəticə vermədikdən sonra texnokratik bir hökumətin qurulması səyləri başlamışdı.

İtaliyanın yeni hökumətini qurmaq vəzifəsi tapşırılan Mario Dragi ölkənin çətin dövrdən keçdiyini və Prezident Sergio Mattarellanın çağırışına ümid və qətiyyətlə müsbət cavab verdiyini bildirib.

1947-ci ildə Romada anadan olan və Sapienza Universitetinin məzunu olan Mario Dragi 2005-2011-ci illərdə İtaliyanın Mərkəzi Bankı, 2011-2019-cu illərdə isə Avropa Mərkəzi Bankının prezidenti vəzifələrində çalışıb.

Beynəlxalq arenada İtaliyanın hörmətli iqtisadi mütəxəssislərindən biri olan Dragi xüsusilə AMB-nin prezidentliyi dövründə Avropadakı maliyyə və borc böhranını həll etmək üçün yürütdüyü siyasət sayəsində “Avrozonanı xilas edən adam” adını alıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər