5 Fevral 2021 23:14
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyadakı Köln Yeparxiyasının bəzi rahibələrinin 1960-1970-ci illərdə kimsəsiz uşaqları rahiblərə və varlı iş adamlarına cinsi istismar üçün satdıqları müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan “Daily Beast” qəzeti məlumat yayıb.

Nəşrin təqdim etdiyi hesabatda 1960-1970-ci illərdə yetimlərin pul müqabilində iş adamları və rahiblərə satıldığı, seks köləsi kimi istifadə edildiyi bildirilib.
80 faizinin 8-14 yaş arasındakı oğlan olan 175 uşağın 20 il təcavüzə məruz qaldığı, bunun üçün bəzi uşaqların qəsdən övladlığa verilməsinin qadağan olunduğu, rahibələrin onları satmağa davam edə bilmələri üçün başqa evlərə aparıldığı deyilib.

Təcavüzdə iştirak edən şəxslərin 80 faizinin öldüyü, bəzilərinin isə kilsədən getdiyi vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər