Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Almaniyanın Türkiyəyə 6 ədəd “Reis” tipli sualtı gəmisi satmasından narahat olduqlarını söyləyib.
Teleqraf.com xəbər verir ki, baş nazir Türkiyənin Rusiyadan “S-400” müdafiə sistemləri alması səbəbindən “F-35” proqramından çıxarılmasını Almaniyaya nümunə göstərib.
“Almaniya Türkiyəyə döyüş sualtı gəmiləri satmağı planlaşdırır. Bu, bizi narahat edən məsələdir”, - Mitsotakis deyib.
Bundan əvvəl Yunanıstan müdafiə naziri Nikos Panayitopoulos alman həmkarı Anneqret Kramp-Karrenbauerdən hücum gəmilərinin Türkiyəyə satışını dayandırmasını istəyib. Kramp-Karrenbauer yunan həmkarının istəyini rədd edib, ona “Yox” cavabını verib.