8 Fevral 2021 09:14
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran nüvə proqramı ilə əlaqədar təkrar olaraq danışıqlar aparmaq niyyətində deyil.

Teleqraf.com xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif CNN kanalına verdiyi müsahibəsində deyib.

O bildirib ki, İran əldə olunan razılaşmadan heç zaman çıxmayıb: "Müqaviləni birtərəfli qaydada ABŞ-ın keçmiş prezidenti tərk edib. Yeni prezident isə müqaviləyə qayıtmalıdır".

Zərif vurğulayıb ki, İran müqavilədən çıxmayıb, sadəcə olaraq müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri qismən məhdudlaşdırıb: "ABŞ sanksiyaları aradan qaldırdıqdan sonra İran da öhdəlikləri tam olaraq yerinə yetirəcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər