İran Prezidenti Həsən Ruhani ABŞ-ı və dünya ölkələrini nüvə anlaşmasındakı bütün öhdəlikləri yerinə yetirməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, İran inqilabının 42-ci ildönümündə iştirak edən Ruhani BMT-nin 5 daimi üzvü və Almaniyaya toxunan bəyanatla çıxış edib:
"Altılıq" (“P5 + 1” qrupu) ölkələri nüvə anlaşmasında bütün öhdəlikləri yerinə yetirərsə, biz də öhdəliklərimizi yerinə yetirməyə hazırıq. İrəlidəki yol İranla dünyanın birləşdiyi bir yol olacaq” - deyə, prezident bildirib.
Qeyd edək ki, "altılığ"a Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya və Almaniya daxildir.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın İrana tətbiq etdiyi sanksiyalardan sonra rəsmi Tehran yeni prezident Co Bayden və Qərblə münasibətlərini düzəltməyə və sanksiyaları ləğv etməyə çalışır.