10 Fevral 2021 21:13
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı müxalifətçi bloger Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Rusiyanı tərk edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Navalnayanın "Domodedovo" hava limanından Frankfurt--Mayna uçduğu bildirilir.

Qeyd edək ki, Aleksey Navalnı fevralın 2-də "İv Roşe" işi üzrə məhkəmə tərəfindən 3,5 illik həbsə məhkum edilib.

23, 31 yanvar və 2 fevralda Rusiyanın müxtəlif şəhərlərində Navalnıya dəstək aksiyaları keçirilib. Yuliya Navalnaya 23 yanvar mitinqində iştirak etdiyi üçün məhkəmə tərəfindən 20 min rubl cərimələnib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər