10 Fevral 2021 23:25
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 12 956 nəfərin yoluxduğu təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 336 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 92 338 nəfərə çatıb. Ölkədə hazırda 410 111 aktiv koronavirus xəstəsi var, onlardan 2128-i ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 2 668 266 nəfərdən 2 165 817 nəfər (son sutkada 16 467 nəfər) sağalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər