Somalinin paytaxtı Moqadişuda prezident iqamətgahı və parlament binasının girişində güclü partlayış törədilib.
Teleqraf.com "Anadolu” agentliyinə istinadən xəbər verir ki, nəzarət-buraxılış məntəqəsində bomba yüklü maşın partladılıb. Nəticədə azı 7 nəfər ölüb, 10 nəfər yaralanıb.
Partlayışdan sonra bölgəyə təhlükəsizlik xidməti əməkdaşları cəlb edilib.
Hadisəni hələlik üzərinə götürən olmayıb.
Qeyd edək ki, “Əş-Şəbab” terror təşkilatı ölkədə tez-tez təhlükəsizlik orqanları və mülki yaşayış məntəqələrini hədəf alan hücumlar təşkil edir.