Ukraynada Qərb tərəfdarlarının təzyiqi ilə ölkəni tərk edən sabiq dövlət başçısı Viktor Yanukoviçin və yaxın ətrafının Rusiyada lüks binalarda yaşadıqları bildirilir.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, yayılan məlumatda Yanukoviçin Moskva yaxınlığındakı Rublyovka qəsəbəsində 52 milyon dollarlıq malikanədə yaşadığı qeyd olunur. Bundan əlavə Yanukoviçə yaxın keçmiş dövlət işçilərinin də Moskvada lüks mənzillərə sahib olduğu açıqlanıb.
Bəzi xəbərlərdə bu pulların Yanukoviçə məxsus olduğu deyilir. İttihamlara görə, Yanukoviç Ukraynadan qaçarkən özü ilə bərabər 650 milyon dollar nağd pul aparıb. Rəsmilər bu pulların Ukrayna xalqına məxsus olduğu və qeyri-qanuni yolla ələ keçirildiyini iddia edirlər.
Samir