17 Fevral 2021 15:18
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropanın 32 ölkəsindən istehlakçı hüquqlarını müdafiə edən 44 təşkilatın birləşdiyi Avropa İstehlakçılar Birliyi (BEUC) Tiktok sosial şəbəkəsini gizli reklam yaymaqda və istifadəçi hüquqlarını kobud şəkildə pozmaqda günahlandırıb.

Teleqraf.com xəbər verir ki, qurum tərəfindən aparılan araşdırmalara görə, Tiktok-un istifadə və müəllif hüququ şərtləri aydın və ədalətli deyil.

Tətbiqdə istifadəçilərin yayımladığı videoların paylaşımı və surətinin çıxarılması ödənişlə həyata keçirilir və heç bir halda ödəniş geri qaytarılmır.

Avropa İstehlakçılar Birliyi qeyd edib ki, Tiktok-un şirkətlərə reklam yerləşdirmək təklifi də gizli reklam strategiyasına əsaslanır.

Qurumun baş direktoru Monik Qoyens aidiyyəti rqanları məsələyə müdaxilə etməyə çağırıb: “Tiktok bir neçə il ərzində Avropada milyonlarla insanın ən çox istifadə etdiyi sosial şəbəkələrdən biri oldu. Uşaqlar Tiktok-u sevirlər, lakin şirkət onları qorumaq üçün heç bir addım atmır. Əylənmək üçün daxil olduqları tətbiqdə uşaqlarımızın gizli reklam strategiyasına məruz qalmasını, reklam lövhəsinə çevrilməsini istəmirik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər