18 Fevral 2021 15:49
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanından olan qadın fəal Lüseyn əl-Həzlül 1001 günlük həbsdən sonra sərbəst buraxılıb.

Teleqraf.com xəbər verir ki, o, həbsdən çıxdıqdan sonra məyus halda geri döndüyünü deyib.

Azad edilməsi haqda Tvitter hesabında yazan Lüaseyn qeyd edib: “Minnətdarlıqla dolu, amma 1001 məyusluqla, yaralı bir qəlblə geri qayıdıram”.

Qadın fəalın yazısı sosial şəbəkələrdə günün ən çox paylaşılan qeydi olub.

Xaricdə yaşayan Səudiyyə Ərəbistanından olan müxalifətçi Abdullah Salman əl-Avdə, misirli müxalif siyasətçi Məhəmməd Sultan və insan haqları müdafiəçisi Heyşam Əbu Xəlildən fəala dəstək verilib.

O, 2018-ci ilin may ayında saxlanılıb

Səudiyyə Ərəbistanında bəzi qadın fəallar, o cümlədən Luceyn əl-Həzlül 2018-ci ilin mayında tutulub, bundan sonra Baş Prokurorluq onlardan bəzilərini “ölkənin maraqlarına zərər vurmaqda” ittiham edib.

BMT-nin insan haqları müdafiəçiləri Səudiyyə Ərəbistanı hökumətini Həzlülün dərhal sərbəst buraxılmasına və ona qarşı əsassız ittihamların ləğv edilməsinə çağırıblar.

Bəzi insan haqları təşkilatları qadın fəalın həbsdə olarkən ona işgəncə verildiyini bildiriblər. Səudiyyə Ərəbistanı bu iddiaları rədd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər