26 Oktyabr 2014 00:26
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın hökumət qüvvələri demək olar ki, ölkənin ikinci böyük şəhəri - Benqazinin 90% ərazisini nəzarət altına götürüblər. Teleqraf.com-un TASS agentliyinə istinadən məlumatına görə, bu barədə Liviya milli ordusunun (LMO) nümayəndəsi polkovnik Məhəmməd Xiqazi bəyan edib.

"Hazırda ekstremist dəstələr şəhərin mərkəzində və Benqazinin bəzi ətraflarında cəmləşib, - o, deyib. Lakin onlar möhkəm sıxışdırılıblar və biz yerli əhalinin dəstəyi ilə hücumu davam etdiririk".

Hökumət qüvvələrinin əsasını bu regionda gözdən düşmüş general-mayor Xəlifə Xaftarın tabeliyində olan LMO bölmələri təşkil edir. Mayda o, "Liviya Ləyaqəti" anti-terror əməliyyatına rəhbərlik edib və qarşısına ölkədə ekstremizmin kökünü kəsmək məqsədini qoyub. Xaftara loyal qüvvələr, iyulun ortalarından "Liviya Şəfəqi" adlanan hərbi əməliyyatlar aparan radikallara qarşı durublar.

Ekstremist alyansın tərkibinə "Ənsər əş-Şəriyə" ("Şəriət tərəfdarları"), "Əl-Qaidə" qruplaşmalarının yaraqlıları daxildirlər, onun önündə isə "Müsəlman Qardaşları" dayanıblar. "Liviya Şəfəqi" Benqazi ilə yanaşı, paytaxt Tripoli və bir sıra digər yaşayış məntəqələrinə nəzarət edir.


Müəllif:

Oxşar xəbərlər