27 Oktyabr 2014 07:36
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belçika Müsəlman Haqları” adlı vətəndaş cəmiyyəti qurumunun təşəbbüsü ilə islamofobiyaya qarşı etiraz aksiyası keçirilib. Brüsseldə ədliyyə binası qarşısında toplaşan etirazçılar yüksələn islamofobiya və irqçiliyin önünə sədd çəkilməsi çağırışları ilə çıxış ediblər.

Teleqraf.com-un “TRT Haber”ə istinadən məlumatına görə, Belçika Müsəlman Haqları təşkilatının rəhbəri Foaud Benyekhlef aksiyada "Barış içində şərəfli bir şəkildə yaşamaqdan, cəmiyyətin parçası olmaqdan və bərabər iştirakdan başqa tələbimiz yoxdur" deyib.

Benyekhlef müsəlmanlara fiziki hücumlar, ayrı-seçkilik, damğalama və nifrət ifadəsinin adiləşdirildiyini dilə gətirib. O, baş verənlərlə bağlı rəsmi məlumatların həqiqəti əks etdirilmədiyini irqçilik zəminində müsəlmanlara qarşı yönələn zorakılıq və qətl faktlarının obyektiv araşdırılmasını, belə hallara qəti şəkildə son qoyulmasını tələb edib.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər