4 Mart 2021 08:05
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden çərşənbə günü Venesuelaya, ölkədə 2015-ci ilin martında "insan haqları pozuntuları" səbəbi ilə tətbiq olunan sanksiyaları daha bir il uzadıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Federal Reyestrin elektron bazasında məlumat yerləşdirilib.

Prezidentin imzaladığı fərmanla ötən illərdə elan edilmiş fövqəladə vəziyyət rejimi daha bir il müddətinə uzadılıb.

Qeyd edək ki, Ağ Ev tərəfindən Venesuelaya məhdudlaşdırıcı tədbirlər 2015-ci ildən tətbiq edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər