6 Mart 2021 10:48
5 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Türkiyə ilə sərhədində yerləşən Tərhin bölgəsinə gecə saatlarında ballistik raketlərlə zərbələr endirilib.

Teleqraf.com xəbər verir ki, hücumun baş verdiyi bölgədə neft müəssisələri yerləşir.

Hücum nəticəsində tankerlərin partlaması bölgədə yanğına səbəb olub.

Hücumda 3 nəfər ölüb, 28 nəfər yaralanıb.

Ballistik raketlərin kim tərəfindən atıldığı hələlik məlum deyil.

Qeyd edək ki, Tərhin fevralın 9-da da hücuma məruz qalıb, nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər