8 Mart 21:13

ABŞ-da son 24 saatda 40 340 nəfər koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin Cons Hopkins Universiteti açıqlayıb.

Məlumata görə, son sutkada 669 nəfər pandemiyanın qurbanı olub.

Ümumilikdə, ABŞ-da 29 milyona yaxın şəxs koronavirusa yoluxub.

COVID-19-dan ölənlərin sayı isə 525 min nəfərdir.​​​​​​​


Müəllif: Teleqraf.com