12 Mart 2021 17:17
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunda keçirilməsi planlaşdırılan prezident seçkilərinin nüvə proqramı üzrə danışıqların dondurulmasına səbəb ola biləcəyi üçün ABŞ-ın İranla konstruktiv müzakirələrə qayıtması üçün vaxtı tükənir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş energetika naziri Ernest Moniz CNBC-yə verdiyi müsahibəsində söyləyib.

Onun sözlərinə görə, iyun seçkilərindən əvvəl bir şey etmək üçün çox az vaxt qalıb.

Moniz seçkilərdə mühafizəkarların İranda hakimiyyətə gələcəyini və bunun ABŞ-la onsuz da uğursuz nüvə danışıqlarını çətinləşdirəcəyini deyib.

ABŞ prezidentinin İran üzrə xüsusi nümayəndəsi Rob Melli “Axios”a verdiyi müsahibədə İrandakı seçkilərin Co Bayden administrasiyasının nüvə proqramı ilə bağlı danışıqların davam etdirilməsi barədə qərarına təsir etməyəcəyini bildirib:

“Vaşinqton İrana nüvə proqramının müzakirəsi ilə bağlı bir diplomatik yol göstərib və yeni danışıqlara hazır olduğunu bildirib. Lakin İran liderləri ABŞ-ın sanksiyaları yumşaltmayana qədər onlarla görüşmək niyyətində deyillər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər