14 Mart 2021 00:44
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvü olan ölkələrin Milli Əlaqələndiricilər Şurasının növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, ŞƏT-in Baş katibi Vladimir Norov ötən il görülən işlər haqqında məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Baş katib Tacikistanın təşkilata sədrliyi dövründə keçiriləcək tədbirlərdən söhbət açıb. Bildirilib ki, ŞƏT-in 20 illiyi ilə əlaqədar bu il tədbirlər “ŞƏT 20 il: Sabitlik və çiçəklənmə naminə əməkdaşlıq” devizi altında baş tutacaq.

Vurğulanıb ki, bu ilin sentyabrında Düşənbədə ŞƏT-in Zirvə görüşü keçiriləcək və tədbirdə təşkilatın üzvü olan dövlətlərin rəhbərləri iştirak edəcəklər.

İclasda 2021-ci ildə Tacikistanın sədrliyi ilə keçiriləcək əsas Tədbirlər Planı təsdiq olunub. Ümumiyyətlə, Şuranın iclasında 40-dan çox məsələ müzakirə edilib.

Xatırladaq ki, Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş qismində çıxış edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər