Səudiyyə Ərəbistanı və Yunanıstanın Aralıq dənizinin şərqindəki hərbi təlimləri rəsmi olaraq başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Səudiyyə Ərəbistanına məxsus altı “F-15SA” döyüş təyyarəsi Yunanıstanla birlikdə Aralıq dənizinin şərqində təlimlər keçirmək üçün Suda Hava Bazasına enib.
Türkiyə Prezidenti Prezident Rəcəb Tayyib Ərdoğan bundan əvvəl Ər-Riyadın bu qərarına reaksiya verib. O, Yunanıstanla birgə təlimin Türkiyəni üzdüyünü deyib.
Sözügedən təlimlər dünəndən etibarən başlayıb.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi də manevrin ilk görüntülərini yayımlayıb.