18 Mart 2021 08:45
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malinin şimalında hərbi hissələrdən birinə silahlı hücum nəticəsində onlarla hərbi qulluqçu həlak olub, daha bir neçə nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi Tessit yaşayış məntəqəsində hərbi hissənin silahlı terrorçuların hücumuna məruz qaldığını bildirib.

Hücum nəticəsində 33 hərbi qulluqçu öldürülüb, daha 14 nəfər xəsarət alıb. Yaralılardan 8-nin vəziyyəti ağırdır.

Hücumun hansı qruplaşma tərəfindən təşkil olunduğu açıqlanmır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər