22 Mart 2021 17:45
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son illər Minsk və Moskva Rusiya tərəfinə Belarus ərazilərindən Ukraynaya qarşı hərbi qüvvələrin istifadəsinə hüquqi zəmanət verən bir sıra müqavilələr imzalayıblar”.

Teleqraf.com xəbər verir ki, bunu Espresso TV-yə verdiyi müsahibədə Ukraynanın Belarusdakı keçmiş səfiri Roman Bessmertnı söyləyib.

“Şübhə yoxdur ki, bu gün Belarusu təmsil edən Lukaşenko və Silahlı Qüvvələr Kremlin orbitindədir. Bu, xüsusilə qərb və cənub istiqamətlərində tez-tez keçirilən birgə hərbi təlimlər, silahlı qruplar və birləşmələrin yaradılması ilə təsdiqlənir”, - diplomat qeyd edib.

Bessmertnı Belarusda iki Rusiya hərbi bazasının daimi fəaliyyət göstərdiyini və daha birinin inşa edildiyini deyib: “Bundan əlavə, hər il Rusiya qoşunlarının iştirakı ilə keçirilən parad və təlimlərdən sonra onlar Belarus ərazisində qalırlar, heç kim onları oradan çıxarmır”.

Belarus Prezidenti Aleksandr Lukaşenki ötən ilin avqust ayında Belarus tərəfdən Ukraynaya qarşı hərbi zərbənin mümkün olmadığını söyləyib. O, 2014-cü ildə Ukraynanın o zaman prezidenti vəzifəsini icra edən Aleksandr Turçinova rus qoşunlarının heç vaxt Belarus istiqamətindən bu ölkəyə hücum etməyəcəyinə söz verdiyini xatırladıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər