26 Mart 2021 09:40
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar bölgədə gərginlik azalıb və hər iki tərəf təxribatlardan uzuq durur.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken Brüsseldə keçirdiyi görüşlərdən sonra Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dənizində yaşanan gərginlik haqda danışarkən bildirib.

NATO-nun bu məsələdə əhəmiyyətli rolu olduğuna işarə edən Blinken deyib ki, beynəlxalq hüquqa görə fərqliliklərin sülh və dialoq yolu ilə həllinə ehtiyac var.

Dövlət katibi qeyd edib ki, bölgədə təbii qaynaqların paylaşılması mövzusunda da ölkələri bir araya gətirəcək barışığın olması lazımdır: “Bu qaynaqların birgə istifadəsi və birgə yatırımlar ölkələri bir araya gətirməlidir. Biz də bunun olacağına ümid edirik”.

Türkiyənin S-400 raket kompleksi aldıqlarından narahatlığını yenidən dilə gətirən Blinken qeyd edib ki, bu və bənzər anlaşılmaz məsələlərin yalnız dialoq yolu ilə həllinə inanırlar.


Müəllif: Cavad

Oxşar xəbərlər