31 Mart 2021 17:38
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-York məhkəməsi narkotik ticarəti ittihamı ilə mühakimə etdiyi Honduras Prezidenti Xuan Orlando Ernandesin qardaşı ilə bağlı yekun qərarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, 2019-cu ildə narkotik ticarəti və rüşvət ittihamı ilə məhkum olan Antonio Ernandesə ömürlük həbs cəzası verilib.

Bundan başqa, məhkəmə onu 138.5 milyon dollar cərimələyib.

Ernandesin vəkilləri qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Honduras Prezidenti isə adının çəkildiyi narkotik ticarəti iddialarını rədd edir.

Prezident Ernandesin qardaşı 2019-cu ilin oktyabrında Nyu-York məhkəməsi tərəfindən narkotik ticarəti və rüşvət ittihamı ilə təqsirli bilinib. Eyni zamanda, prezidentin qaçaqmalçılıq prosesində iştirak etdiyi iddia olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər