5 Aprel 2021 11:15
1 612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş baş naziri Tansu Çillər hərbi çevirilişə çağırış edən keçmiş admiralların bəyanatına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, ölkəsinin milli təhlükəsizliyini təhdid edən qüvvələrin çirkin niyyətlərinin baş tutmayacağını deyib.

Çillər açıqlamasında 1977-ci il 28 fevral, 2007-ci il 27 fevral və 2016-cı il 15 iyul tarixlərində hərbi çevriliş cəhdlərini və üzləşdiyi uğursuzluqları xatırladıb:

“Artıq qiyam çağırışları millətin sinəsinə dəyib parçalanır. Millətimizin iradəsinə dayaq tapmış demokratiyamız Türkiyə Cümhuriyyətinin gələcəyi və varlığı üçün imtinaedilməzdir. Milli iradə və demokratiyamızı hədəfə alan, gecə yarısı verilən qiyam bəyanatları məzarda dəfn edilməyə məhkumdur. Millətimizin və gəncliyimizin gələcəyindəki yeganə yol, milli iradəyə dayaq tapmış, bəşəri dəyərlərlə gücləndirilmiş demokratiyamızdır”.

Qeyd edək ki, dünən 103 keçmiş admiral Türkiyə milli təhlükəsizliyi və maraqlarını hədəfə alan bəyanat yayıb. Bəyanatda qiyamağa çağırış edilib. Türkiyə Baş Prokurorluğu bəyanatın yayılmasından sonra cinayət işi açıb, admirallar saxlanılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər