Rusiyada həbsxanada olan müxalifətçi Aleksey Navalnının tənəffüs yolu xəstəliyi səbəbindən müəssisənin tibb mərkəzinə köçürüldüyü, ondan koronavirus testi götürüldüyünə dair iddialarından sonra vəkili Olqa Mixaylova Navalnının xəstə olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, vəkilin sözlərinə görə, Navaln dəhşətli arıqlayıb, şiddətlə ölskürür, hərarəti düşmür:
“Navalnının saxlanıldığı həbsxana sağlamlıq şərtlərinə cavab vermir, əslində bütün bunlar rəzalətdir. Navalnın müalıicəsi ilə əlaqədar biz informasiya almamışıq”.
Xatırladaq ki, bir müddət əvvəl Navalnı məktubunda saxlanıldığı palatada üç məhkumun vərəm diaqnozu ilə xəstəxanaya qaldırıldığını yazıb.