ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun “Fox News”da işə başlayacağı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Fox News” telekanalının icraçı direktoru Süzan Skott bildirib.
O, Pompeonun “Fox News”da şərhçi kimi fəaliyyət göstərəcəyini deyib: “Mayk Pompeo Amerikada xarici siyasət və milli məsələlər sahəsində ən tanınmış və etibarlı şəxslərdəndir”.
Pompeonun debütünün aprelin 9-da səhər saatlarında "Fox & Friends" şousunda keçirəcəyi planlaşdırılır.
Onun telekanaldan ildə 570 min dollar maaş alacağı gözlənilir.