13 Aprel 2021 22:26
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və NATO öz qoşunlarını Rusiyanın Avropa hissəsinin sərhədlərinə göndərir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Şoyqu qeyd edib ki, Amerika qoşunları Şimali Amerikanın Atlantik boyu kontinental hissələrindən Avropaya köçürülür.

Onun sözlərinə görə, əsas qüvvələr Qara dəniz və Baltik bölgələrində cəmləşib.

Nazir NATO-nun Rusiya sərhədləri yaxınlığında 40000 əsgər və 15000 silah və hərbi texnika yerləşdirəcəyini bildirib.

Eyni zamanda, Şoyqu qeyd edib ki, Rusiya silahlı qüvvələrində aparılan yoxlamalar qoşunların ölkənin təhlükəsizliyini təmin etməyə hazır olduğunu göstərir. Onun sözlərinə görə, gözlənilməz döyüş hazırlığının yoxlanılması NATO-nun Rusiyanı təhdid edən hərbi fəaliyyəti səbəbindən elan edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər