16 Aprel 2021 18:55
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Kremlə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, V.Putinin köməkçisi Yuri Uşakov səfiri qəbul edib və ona ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab tədbirlərini tədqim edib.

Qeyd edək ki, aprelin 15-də ABŞ prezidenti Cozef Bayden Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunması ilə bağlı sərəncam imzalayıb. Sanksiyalar Rusiyanın 32 fiziki və hüquqi şəxsinə, o cümlədən 6 texnoloji şirkətinə tətbiq edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər