“Donbasda qarşıdurma kəskinləşsə, Ukrayna özünü təkbaşına müdafiə etməyə hazırdır, bunun öhdəsindən gələ bilərik”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin general-leytenantı Segey Nayev deyib.
“Həmişə hazırlaşırıq, müttəfiqlərin silahlı qüvvələrini bu prosesə cəlb etmədən bütün planlarımız hazırlanır”, - general qeyd edib.
Onun sözlərinə görə, Ukrayna müttəfiqlərinin maddi-texniki yardımına ümid bəsləyir.
Eyni zamanda, bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hərbi heyəti və müdafiə sektorunun digər hissələri ölkəni təkbaşına qorumaq üçün kifayət qədərdir.
Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi Rusiyanı Ukrayna ilə sərhəddəki hərbi fəallığına görə şəffaf olmağa çağırıb.