Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Qələbə gününə həsr olunmuş parada hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Xankəndi şəhərinin aerodromunda 400-ə yaxın rus hərbçisi bu məqsədlə təlimə cəlb olunub.
Humanitar mərkəzin bölmələri, hərbi polis, xüsusi təyinatlı tibbi hissə, Rusiya sülhməramlı kontingentinin komanda qrupu, eləcə də maddi-texniki dəstək bölmələri də məşqlərə cəlb olunub.
Hərbi parada qələbənin 76-cı ildönümü günü - 9 May tarixində keçiriləcək.