2019-cu ilin sonlarında Çinin Uhan şəhərində başlayan epidemiya bütün dünyanı lərzəyə salan hadisələrə başlanğıc oldu. Yanvar-iyun aylarında ölkənin qalan hissəsini də əhatə edən təcrid rejimi tətbiq edildi.
Teleqraf.com xəbər verir ki, ölkəyə böyük maliyyə hesabına başa gələn təcrid tətbiqi epidemiyaya qarşı təsirli və uğurlu bir yol olduğu sübuta yetirilib.
Ciddi problemlə qarşılaşdığını anlayan Çin 2020-ci ildə Yeni il bayramı keçirilmədi(bu ölkədə Yeni il yanvarın 25-də qeyd edilir), 11 milyon insan sərt karantin tədbirləri altına alındı, maskaların istifadəsi və sosial məsafə məcburi hala gəldi.
Ölkə əhalisinin sağlamlığının qorunmasını təmin etməkdə çətinlik çəkən Çin səlahiyyətliləri bütün dünyanı təəccübləndirdi və bir neçə gün ərzində modul tipli xəstəxanalar quruldu.
Uhanda tətbiq olunan üsullar qısa müddətdə bütün Çini əhatə etməyə başladı. Pekin və Şanxay kimi şəhərlərdə də karantin və geniş yayılmış sınaq tətbiqetmələri başladı. Xaricdən Çinə gediş-gəliş sərtləşdirildi.
İlk günlərdə səlahiyyətlilər məlumatların yayılması üçün ciddi nəzarət mexanizmindən əl çəkmirdilər. Həmkarlarını virusla bağlı xəbərdar etməyə çalışan həkimlər təhdid edilir və susdurulurdu.
Xəbər agentliklərinin Uhandan reportaj hazırlamasına icazə verilsə də, şəhərdəki vəziyyəti çatdırmağa çalışan Çin vətəndaşlarına susmaq tapşırılırdı. Nəhayət, onlardan biri - 37 yaşlı keçmiş vəkil Zhanq Zhan may ayında həbs edilir, dekabr ayının sonunda qarışıqlıq və çaxnaşma yaymaq ittihamı ilə dörd il həbs cəzasına məhkum olunur.
1 il sonra Uhanda həyat
Bir ildən sonra şəhərdəki həyat normallaşmış kimi görünsə də, maska taxmaq praktikası davam edir. Senzuraya görə Uhandakı hazırkı yaşamı tam öyrənmək çətindir. Çünki Uhan sakinləri beynəlxalq mediaya danışmaqdan hələ də çəkinirlər. Bu dəqiqdir ki, ötən ilin izi şəhərə psixoloji ziyan vurub. Keçən ilin travmasını yaşayan əhali bu sərtliyi xatırlamaq istəmir.
Çindəki dövlət təbliğatına paralel olaraq, bir çox insanlar ölkənin epidemiyanı yaxşı idarə etdiyini düşünürlər. Bir çoxları karantinin birlik və bağlılıq hislərini gücləndirdiyini qəbul edir. Sakinlər deyir ki, epidemiyadan əvvəl hər kəs şikayətçi və yorğun görünürdü, ancaq epidemiyadan sonra həyata daha pozitiv baxmağa başlayıblar.
Çinin digər şəhərlərində vəziyyət
Səlahiyyətli şəxslər epidemiyanın digər bölgələrdə artmasından ehtiyatlanırlar. Qancu və Kaşqar kimi şəhərlərdə artan xəstəlik səbəbindən karantin tədbirləri davam edir, mütəmadi test tətbiqi olunur.
Xəstəliyin sayı çox az olsa da, arada nəzərə çarpan cüzi artım məmurları dərhal narahat edir. Səlahiyyətlilər son vaxtlar ölkənin şimal-şərqində 19 milyon insanın karantin altında olduğu və Şijiazhuanq şəhərini də əhatə edən bölgələrə diqqət yetirirlər.
Danılmaz faktdır ki, epidemiya və karantin tətbiqetmələrinin iqtisadiyyata təsiri böyükdür. Milyonlarla insan işini itirdi və Çin son 40 ildə ən aşağı böyümə sürətini gördü. Lakin Çin iqtisadiyyatı sürətlə bərpa olunur. Bu kontekstdəki hərəkətliliyin yeni bir epidemiya riskinə səbəb olub-olmadığı maraq doğurur.
Digər tərəfdən, ölkədə aparılan peyvəndləmə proqramı da gözləntilər yaradır. Çinli “Sinovac” və “Sinopharm” şirkətləri tərəfindən istehsal olunan peyvəndlərin ölkə daxilində təcili istifadə icazəsi alınıb. Çin rəsmiləri Yeni ili qabağı 50 milyon insanı peyvənd etməyi hədəfləyirlər.