22 Aprel 2021 14:42
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elan edildiyi gündən futbol ictimaiyyətində böyük mübahisələr yaradan Avropa Super Liqasının dayandırdığını açıqlayan İspaniyanın “Real Madrid” klubunun prezidenti Florentino Perez Türkiyə çempionatı haqda da danışıb.

Teleqraf.com xəbər verir ki, klub prezidenti açıqlamasında Türkiyə liqası ilə bağlı skandal sözlərə imza atıb.

Perez Türkiyədən də Avropa Super Liqası komandaların çağırıla biləcəyini bildirsə də, digər yandan Türkiyə liqalarını təhqir edib.

“Biz digər fikirlərə də açığıq. Amma bir sıra daha kiçik liqalardan, məsələn, Türkiyədən bir komanda bu mundiala daxil olmaq istəsə, burada problem pul və böyük rəqabətdir. Rəqabət olmayan matçlar pul qazandırmır”, - Perez qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər