30 Oktyabr 2014 20:48
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusilə susuzluğu aradan qaldırmaq üçün soyuducudan əskik etmədiyimiz qazlı içkilər və meyvə şirələrinin əslində sağlamlığımıza necə mənfi təsir etdiyini bilirdinizmi? Səbəb çox sadədir. Bu suların tərkibində təbii olmayan kimyəvi maddələr var.

Meyvə suyu əvəzinə meyvənin özünü istehlak etməyiniz daha məqsədə uyğundur. Çünki meyvələr bütün olaraq həzm sistemimizdə ardıcıl sorulur və bədənimizə daha çox fayda verir. Meyvə meyvə şirəsi və ya şirin içkilər kimi qan şəkərini ani qaldırmaz, ani insulin yüksəlişinə səbəb olmaz. Marketlərdə satılan meyvə sularında meyvədən başqa şəkər, fruktoza siropu kimi maddələr də var. Bu məhsullar çox istehlak edildikdə yüksək miqdarda şəkərin orqanizmə daxil olmasına, bu səbəbdən qan şəkərinin yüksəlməsinə, nəticədə diabet (şəkər xəstəliyi) və köklük kimi xəstəliklərə yol açır.

Qazlı içkilərin istehsalı zamanı su, içki siropu (fruktoza) və karbondioksidin qarışdırılması karbonasyon adı verilən bir əməliyyat aparılır. Bu əməliyyatda istifadə edilən karbondioksid içkilərin qazlı xüsusiyyət qazanmasını təmin edərək, içilərkən qabarcıqlı olmasına xidmət edir. Ancaq qazlı içkilərin zərərli olmasına səbəb karbon qazı deyil. Bu suların tərkibindəki dadlandırıcılar, şəkər, boya, ətir kimi kimyəvi maddələr insan orqanizminə çox ziyanlıdır. Üzvi və təbii olmayan, həm də sintetik olan bir içkinin həddindən artıq istehlakı çox böyük problemlərə yol açır.

Dünya Səhiyyə Təşkilatı (WHO) və Avropa Xəstəlik Qabaqlama və Nəzarət Mərkəzi (ECDC) içkilər məsələsində, xüsusən də kofeinli enerji içkilərlə bağlı araşdırma aparıb və bu içkilərin insanların sağlamlığını təhdid etməsi ilə bağlı hesabatlar dərc edib.


Müəllif:

Oxşar xəbərlər