“Bayden “erməni soyqırımı”nı ABŞ-ın milli maraqlarına görə tanıdı”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Viktor Nadeyn-Rayevksi deyib.
Onun sözlərinə görə, Amerika liderinin “erməni soyqırımı”nı tanımasındakı hədəflərindən biri də, ABŞ-ın mövqeyini gücləndirmək və Rusiyanın mövqeyini zəiflətməkdir
“Burada əsas hədəfin tarixi ədalətin olduğunu deyə bilmərəm. Bütün keçmiş prezidentlərdə olduğu kimi, Bayden üçün də əsas məsələ şəxsi və ölkəsinin maraqlarıdır. Bu bəyanat da bunlardan qaynaqlanır”, - Rayevski qeyd edib.
Bunun Ermənistan cəmiyyətindəki əhval-ruhiyyəyə necə təsir edəcəyi barədə suala ekspert belə cavab verib:
“Bu, Ermənistandakı daxili vəziyyətdən asılıdır. İndi Ermənistanda Qərb tərəfdarlarının sayı kifayət qədərdir. Siyasətdəki sağlam düşüncəli insanlar, adi vətəndaşlar demirəm, Amerikanın Ermənistanı müdafiə etmək üçün əsgərlərini Türkiyəyə göndərməyəcəyini yaxşı bilirlər”.