“Hərbi təyyarələrimiz Yaxın Şərqin istənilən nöqtəsinə, o cümlədən İrana çata bilər”.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin Kəşfiyyat naziri Eli Kohen “Röyter”ə müsahibəsində deyib.
İranın nüvə sazişinin yenilənmə ehtimalı barədə danışarkən, MOSSAD rəhbəri qeyd edib ki, pis bir razılaşma bölgəni müharibəyə aparacaq.
“Qısamüddətli fayda axtaran hər kəs uzunmüddətli dövrü nəzərə almalıdır. İsrail İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək. Təyyarələrimiz Yaxın Şərqdə istənilən nöqtəyə, o cümlədən, İranın istənilən yerinə çata bilər”, - Kohen vurğulayıb.
Onun sözlərinə görə, dünya gücləri İranı uranı zənginləşdirmək və ballistik raket əldə etmək cəhdlərini, digər ölkələrdə sabitliyi pozmaq və terrorçuları maliyyələşdirməsini dayandırmağa məcbur etməlidir.
İsrail bu həftə İran məsələsini müzakirə etmək üçün Vaşinqtona nümayəndə heyəti göndərib. Ağ Ev müttəfiqinin İranın bölgədəki davranışının yaratdığı təhlükə barədə fikirləri ilə razılaşdığını bildirib.
İsrailin ABŞ-dakı səfiri Gilad Erdan Co Bayden administrasiyasının hər hansı bir yeni nüvə razılaşması məsələsi ilə bağlı İsraillə məsləhətləşəcəyini söyləyib.