Moskvadakı ABŞ səfirliyinin 12 maydan etibarən rus vətəndaşlarına diplomatik olmayan səyahətlər xaricində viza verilməsi dayandırılacaq.
Teleqraf.com xəbər verir ki, Rusiya ilə ABŞ arasında müşahidə olunan gərginlik davam edir.
Moskvadakı ABŞ səfiri konsulluq xidmətlərinin 75 faizinin azaldılacağını açıqlayıb.
Vaşinqtonun verdiyi bu qərarla ABŞ-ın Moskvadakı konsulluğunun xidmətləri faktiki dayandırılmış olacaq. Rus mediası bu qərarı Rusiyanın ölkədəki ABŞ missiyasının yerli personalı işə götürmək qadağası ilə bağlı ola biləcəyini iddia edib.
ABŞ Səfirliyinin açıqlamasında bəyan edilib ki, mayın 12-dən sonra konsulluq xidmətlərinin məhdudlaşdırılacaq, sadəcə bəlli sayda viza veriləcək, diplomatik olmayan səyahətlərə icazə verilməyəcək: "Eyni zamanda Rus hökümətinin bəzi addımlarından üzüntü duyuruq".